“Napoli”nin prezidenti futbolçuları bazaya qapadıb

“Napoli”nin prezidenti futbolçuları bazaya qapadıb
15:27 5 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis əsas komandanın futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.
“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, 70 yaşlı funksioner Neapol təmsilçisinin son 3 matçda qalib gələ bilməməsinə görə bu addımı atıb. De Laurentis qərarını bu cür şərh edib: “Bu, cəza deyil, oyunçuların bir-birlərini yaxından tanımaqları üçün bir fürsətdir”
Komandanın baş məşqçi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: “Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır”.
Qeyd edək ki, Çempionlar Liqasında 7 xalla E qrupunun lider olan “Napoli” bu gün IV turda Avstriya təmsilçisi “Zaltsburq”u qəbul edəcək. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə “Cenoa” ilə qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/napoli-nin-prezidenti-futbolculari-bazaya-qapadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR