Çempionlar Liqası: IV tur gözlənilməz nəticələrlə başlayıb

Çempionlar Liqası: IV tur gözlənilməz nəticələrlə başlayıb
00:02 6 Noyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
"Report"un məlumatına görə, turun ilk 2 oyunda gözlənilməz nəticələr qeydə alınıb. 
F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, "Barsa" 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur.
G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. 
Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-iv-tur-gozlenilmez-neticelerle-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR