Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri müəyyənləşəcək

Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri müəyyənləşəcək
09:42 7 Noyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılacaq.
“Report” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 17:15-də başlanacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu yığma öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, milli İtaliya, Sloveniya və Serbiya ilə eyni qrupa düşməyəcək.
Qrup birinciləri isə İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstandır.
Səbət 1 (qrupda 4-cü pillə)
Xorvatiya*
Çexiya*
Ukrayna*
Səbət 2 (qrupda 2-ci pillə)
Serbiya*
Səbət 3 (qrupda 1-ci pillə)
Rusiya*
İspaniya*
Portuqaliya*
Səbət 1 (qrupda 3-cü və 4-cü pillə)
Belarus
Finlandiya
Fransa
Rumıniya
Slovakiya
Səbət 2 (qrupda 2-ci pillə):
Azərbaycan
İtaliya
Sloveniya
Səbət 3 (qrupda 1-ci pillə):
Qazaxıstan
Qeyd edək ki, qarşısında ulduz olan komandaların evsahibliyi etmək üçün müraciəti təsdiqlənib. Komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq. Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/futzal-uzre-azerbaycan-millisinin-dc-2020-nin-elit-raundunda-reqibleri-mueyyenlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR