Fədayə Laçın barədə yazılan bu şərh onu ÖZÜNDƏN ÇIXARDI - Mındarçılıq... - FOTO

Fədayə Laçın barədə yazılan bu şərh onu ÖZÜNDƏN ÇIXARDI - Mındarçılıq... - FOTO
11:52 7 Noyabr 2019
249 Şou
Ölkə mətbuatı
A- A+

2 ildən sonra ilk dəfə "Hər şey daxil"in qonağı olan Fədayə Laçın barədə verilişin aparıcısı Tarix Əliyevin (Tolik) İnstaqram hesabına yazılan şərh onu əməlli-başlı özündən çıxarıb.

Milli.Az xəbər verir ki, aparıcı yeni azadlığa çıxan xanım müğənni barədə yazılan bu şərhə elə efirdən reaksiya verib:

"İndi İnstaqram-a baxıram. Düzü, mən inanmıram ki, bunu bir qadın yazır. Yazır ki, "Fədayəni lap eləmisiniz dünya qəhrəmanı". Ömürbillah Fədayənin səhnələrdən bir şit hərəkətini görmədik, bir pis şəkilini görmədik ki, mini yubkada çıxsın oxusun. Fədayə üçün Zaur Rzayev, Aftandil İsrafilov, Manaf, Mənsum İbrahimov, Arif Babayev, Səkinə xanım İsmayılova, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova, Flora Kərimova, Alim Qasımov xoş sözlər deyib. Bir xanım haqqında bura yazdığınızda bir özünüz düşündünüz ki, Fədayə qədər insanların ürəyinə yol tapmısınızmı? Bu gün Fədayə oxuyanda mən 3 dəfə bayıra çıxmışam, ağlamaqdan özümü saxlamışam. Görün nə qədər analarımız evdə onun ifasından ağlayırlar. Niyə belə mındarçılıq, kin-küdurət var içinizdə?"

Fədayənin bacısı İlahə bu şərhə "Baxma da! Sənə ləzzət eləmirsə, baxma, izləmə" ifadələri ilə münasibət bildirib. Canlı yayımda Fədayə də barəsində yazılan bu sözlərə cavabsız qala bilməyib:

"Mənim haqqımda pis fikirlər söyləyənlər çox azdır. Ona görə də azlıq çoxluğa tabedir. Ona görə də elələri xoş söz deyənlərin yanında heç görünmür".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR