Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunmasından sonra onun yerinə kimin gətiriləcəyi müzakirə mövzusuna çevrilib.

Metbuat.az xəbər verir ki, artıq mediada bu postu tutmağa şanslı olan bir neçə şəxsin adı hallanır.

Yerli medianın iddiasına görə, mümkün namizədlər arasında iqtisadiyyat nazirinin birinci müavini, DİM-in Müşahidə Şurasının üzvü Elnur Əliyev də var. Onun daha əvvəl təhsil sahəsində çalışması bu ehtimalı xeyli qüvvətləndirir.

DİM-ə kim rəhbərlik edəcək? -

Fotoda: DİM-in Müşahidə Şurasının üzvü Elnur Əliyev

Digər ehtimal olunan namizəd Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovdur. Keçmiş deputat Etibar Əliyev daha əvvəl onun DİM-ə rəhbər gətirilə biləcəyini istisna etməyib. Rüfət Əzizov isə bu barədə məlumatı olmadığını və təyinatla bağlı iddiaları mediadan eşitdiyini bildirib.

DİM-ə kim rəhbərlik edəcək? -

Fotoda: ADNSU-nun rektoru Rüfət Əzizov

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun da adı müzakirələrdə çəkilir. Təhsil mütəxəssisi Ramin Nurəliyev onun idarəçilik təcrübəsini və ali təhsil sahəsindəki fəaliyyətini əsas gətirərək bu posta uyğun namizədlərdən biri olduğunu düşünür.

DİM-ə kim rəhbərlik edəcək? -

Fotoda: BANM-in rektoru Elmar Qasımov

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Ülkər Səttarovanın da uyğun namizəd kimi qeyd edilir. Onun ali təhsil sahəsindəki fəaliyyəti, universitetlərin beynəlxalq reytinqlərdə irəliləyişi və keyfiyyət təminatı istiqamətindəki işləri əsas arqument kimi göstərilir.

DİM-ə kim rəhbərlik edəcək? -

Fotoda: Dövlət Agentliyinin rəhbəri Ülkər Səttarova

Qeyd edək ki, sadalanan şəxslərdən hər hansı birinin DİM sədri təyin olunması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Yeni rəhbərin kim olacağı ilə bağlı qərar Prezidentin səlahiyyətindədir.