Azərbaycanlı rejissorun dünyaya səs salan LAYİHƏSİ - VİDEO

Azərbaycanlı rejissorun dünyaya səs salan LAYİHƏSİ - VİDEO
12:08 7 Noyabr 2019
136 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycandan dünyaya açılan pəncərə olan “Aporia” filminin təqdimat mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, ssenarisi və ekran işi tanınmış rejissor Rec Rəvana aid olan film ilk dəfə 12 iyulda Türkiyədə təqdim edilərək, böyük uğur qazanıb. 22 noyabrdan etibarən isə filmin Azərbaycanda “Park cinema” kinoteatrlar şəbəkəsində və ABŞ-da nümayişinə start veriləcək.

Triller və aksiyon janrlarında olan və cəsarətli səhnələri ilə diqqət çəkən film, hətta dünyaca məşhur “Amazon” platformasında da nümayiş etdiriləcək.

“Aporia” ilk dəfə olaraq, Azərbaycanda həm azərbaycan, həm də türk və ingilis dillərində yayımlanacaq.

Qeyd edək ki, filmi “Sultansoy”, “BDAmerika”, “Canmedia”, “DFGS” şirkətləri istehsal edib.

Şəki dağlarında çəkdiyi filmlə dünyaya səs salan azərbaycanlı rejissor SİRLƏRİNİ AÇDI - MÜSAHİBƏ/VİDEO


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/295423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR