İtaliyada hərbi helikopter gəminin göyərtəsinə sərt eniş etdi

İtaliyada hərbi helikopter gəminin göyərtəsinə sərt eniş etdi
21:08 7 Noyabr 2019
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İtaliya Hərbi-Hava Qüvvələrinə məxsus helikopter eniş edərkən gəminin göyərtəsinə çırpılıb.

Trend-in məlumatına görə, insident təlim uçuşu zamanı baş verib.

Helikopter eniş zamanı böyrü üstə əyilib və nəticədə vinti dağılıb. Heyət üzvlərinin səyi nəticəsində baş verə biləcək yanğının qarşısı alınıb. Helikopterdə olan 6 heyət üzvündən heç biri xəsarət almayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3145684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR