Xiaomi Mi Watch'un real fotosu təqdim edildi

Xiaomi Mi Watch'un real fotosu təqdim edildi
22:17 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Artıq sabah Xiaomi şirkəti CC9 Pro smartfon modeli ilə yanaşı həmçinin öz yeni smart saat modeli olan Mi Watch-u təqdim edəcək. İndi isə internetdə sözügedən smart saatın real fotosu ortaya çıxıb. Həmin fotonu isə şirkət əməkdaşı təqdim edib. Milli.Az technote.az-a istinadən bildirir ki, təqdim edilmiş fotodan da görmək olar ki, smart saat kənarları əyilmiş ekrana sahib olacaq.

    Bundan əlavə olaraq fotoya əsasən demək olar ki, Mi Watch modeli Dark Mode rejimli MIUI yenilənməsini də dəstəkləyəcək. Bəzi məlumatlara əsasən Mi Watch Google servislərinin dəstəyinə sahib təkmilləşdirilmiş əməliyyat sistemi ilə bazara çıxa bilər. Həmçinin qeyd etmək lazımdır ki, smart saat kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul və bir çox faydalı tətbiqlər ilə təchiz olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR