Pankreatiti olan xəstələrə bu qidalar olmaz – QADAĞAN SİYAHISI

Pankreatiti olan xəstələrə bu qidalar olmaz – QADAĞAN SİYAHISI
22:37 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Mədəaltı vəzi iltihabı hazırda bir çox gənc kişi və qadınlarda rastlanır. Mədə və ürək nahiyədə ağrı,yanğı, köp, ürəkbulanma, hərarətlə əlamət verir. Çoxu bu xəstəliyə səhv qidalanma xəstəliyi də deyir. Çünki mədəaltı vəz müasir qidaları sevmir.

Pankreatitin müalicəsi ciddi dietadan keçir.

Milli.Az medicina.az-a istinadən mədəaltı vəz xəstələrinə qəti qadağan olunan ərzaq siyahısını təqdim edir:

-Alkoqol - qəti olmaz
-Fast-food, restoran, kafe, küçə yeməkləri, tərkibində rəng, qatqı, konservant olan istənilən hazır qida
-Tünd çay, qəhvə - kofein selikli qişanı qıcıqlandırır

-Qoz, tum, avokado
-Qırmızı ət, ət məhsulları, ət bulyonları
-Şəkər, qənd

-Qazlı içkilər
-Yağlı süd, qənnadı məmulatları, tort, pirojna
-Müxtəlif şirniyyatlar, konfetlər

-Təzə çörək
-Qırmızı turp, xren, ispanaq, bolqar bibəri
-Çiy meyvələr

Bu qidalar mədəaltı vəz, mədəni yükləyir, ferment azlığı həzmi pozur.
 
Digər qəbul olunan, icazə verilən qidalar suda və ya buxarda yumşaldılmalı, nə soyuq, nə də isti olmalıdır

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR