Bu metrostansiya əsaslı təmirlə əlaqədar bağlanacaq

Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.

Metbuat.az "APA"-ya istinadən xəbər verir ki bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyası 2002-ci ilin dekabr ayında istifadəyə verilib.

https://metbuat.az/news/1287260/azerbaycan-vetendasi-rusiyada-polise-silahli-hucum-etdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR