"Report" xəbər verir ki, iddiaya hakim Aytən Oruczadənin sədrliyi ilə baxılıb. Noyabrın 7-də çıxarılan qərara əsasən, “Azercell Telekom” MMC-nin idddiası təmin edilib. Qərarda göstərilib ki, cavabdeh “Tez Group” MMC-dən 350,19 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 370,19 manat tutularaq iddiaçı “Azercell Telekom” MMC-nin xeyrinə ödənilsin.
Qeyd edək ki, “Tez Group” şirkəti "Tez taksi" adı altında sifarişli taksi xidməti göstərir.