Türkiyəli məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit gözəlliyi ilə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Burçun özündən böyük olan qardaşına bənzərliyi ilə təəccübləndirir.
Bir müddət əvvəl 2010-cu ildə ailə qurduğu Ahmet Denizdən boşanan Burçun instaqram hesabından gündəlik həyat tərzi ilə bağlı bol-bol paylaşımlar edir.
1 övladı olan Özçivit qardaşının fotolarından paylaşmağı da unutmur.