Azərbaycanlı model Günay Musayeva Nyu-York küçələrində bodidə poza verib.
Publika.az xəbər verir ki, model məşhur modelyer Rüfət İsmayılın “Afffair” markası üçün Ümid Kıran və Səlim Akarın kamerası qarşısına keçib. Gecə küçədə poza verən ulduz bodisi ilə diqqət çəkib.
Xatırladaq ki, Türkiyənin ən arıq modellərindən olan Günay Musayeva bu yaxınlarda verdiyi açıqlamada hədsiz çəki atdığı üçün peşman olduğunu etiraf etmişdi:
“6 kq arıqladım, 34 bədən ölçüsünə düşdüm. Amma peşmanam, çünki insanın sağlamlığı pozulur”.