Putinlə Merkel arasında telefon danışığı olub

Putinlə Merkel arasında telefon danışığı olub
21:07 11 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, Rusiyanın dövlət başçısı Almaniyanın hökumət rəhbəri ilə telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
TASS agentliyi isə Kremlin mətbuat xidmətinə istinadən bildirib ki, Putin və Merkel Ukrayna ərazisi vasitəsilə Rusiya qazının tranziti şərtləri haqqında üçtərəfli danışıqlar mövzusunu müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/putinle-merkel-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR