Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir

Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir
16:55 12 Noyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, 15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik.

Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görübdür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq.

Bildirməliyəm ki, texnoloji inkişaf istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan indi kosmik klubun üzvüdür, üç peykimiz var. Deyə bilərəm ki, bu yaxınlarda çox gərgin yarış nəticəsində Azərbaycan 2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək. Məlumat üçün bildirmək istəyirəm ki, bizim rəqiblərimiz Rio-de-Janeyro, DehliSinqapur şəhərləri idi. Yəni, bu şəhərlərin nə qədər inkişaf etmiş şəhərlər olması haqqında əlavə sözlərə ehtiyac yoxdur. Azərbaycan bu yarışda da qalib gəldi. Nəyin hesabına? Ona görə ki, dünya miqyasında bizim siyasətimizə çox böyük dəstək var, rəğbət var. Bizim sözümüzlə əməlimiz birdir. Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3147508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR