Nazir daha 2 direktoru işdən qovdu

Nazir daha 2 direktoru işdən qovdu
11:27 13 Noyabr 2019
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları işdən azad ediliblər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər.  

Bir müddət əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad edilmişdi. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb. Bundan başqa Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR