Gürcüstan limanlarında “bir pəncərə” prinsipi tətbiq olunacaq

Gürcüstan limanlarında “bir pəncərə” prinsipi tətbiq olunacaq
15:52 13 Noyabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

2019-2020-ci illərdə Gürcüstanın tranzit potensialının inkişafı məqsədilə ölkənin limanlarında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində layihənin təqdimatı keçirilib.
Layihəyə əsasən, Gürcüstan limanlarında rəqəmsal hökumət xidmətləri təqdim olunacaq, gəmilər bürokratik baryerlər və lazımsız sənədlərdən azad olunacaqlar.
İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, layihə limanlarda yük dövriyyəsini artıracaq, həmçinin limanlara yük qrafiklərini kateqoriya və həcmə görə öncədən planlaşdırmağa imkan verəcək.
Təqdimat mərasimində bildirilib ki, layihənin ilk mərhələsini ABŞ-ın Gürcüstandakı səfirliyi maliyyələşdirəcək. Birinci mərhələdə bütün dəniz limanlarının inventarizasiyası və mövcud bürokratik baryerlərin təhlili, ikinci mərhələdə isə proqram təminatının hazırlanması və işə salınması nəzərdə tutulub.
Tədbirdə ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Elizabet Rud, gəmiçilik, ekspeditor şirkələrinin nümayəndələri və limanların rəhbər şəxsləri iştirak ediblər.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-limanlarinda-bir-pencere-prinsipi-tetbiq-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR