"Real Madrid" TÜRK FUTBOLÇU üçün hərəkətə keçdi - Zidanın "radarına" düşüb

"Real Madrid" TÜRK FUTBOLÇU üçün hərəkətə keçdi - Zidanın "radarına" düşüb
23:03 13 Noyabr 2019
123 İdman
Ölkə mətbuatı
A- A+

“Real Madrid” klubu Türkiyə millisi və “Lille”nin istedadlı futbolçusu Yusuf Yazıcının (22) xidmətində maraqlıdır.

Publika.az xəbər verir ki, klub skautlarını AVO-2020 seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - İslandiya milli matçına Yazıcını izləmək üçün göndərib.

Mövsümün əvvəlində “Trabzonspor”dan 16,5 milyon avro qarşılığında transfer olan Yusuf Zinəddin Zidanın “radar”ına düşüb.

Transfer etdiyi ulduz futbolçulardan faydalana bilməyən Zidanın hücum xəttinə yaradıcılıq qatmaq üçün hazırladığı siyahının başında Yazıcının olduğu bildirilir.

Türk futbolçu daha əvvəl açıqlamalarında La Liqda oynamaq istədiyini açıqlamışdı.Buna görə də onun transfer məsələsinə müsbət baxacağı gözlənilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR