Anrinin yeni iş yeri məlum oldu

Anrinin yeni iş yeri məlum oldu
20:47 14 Noyabr 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

Tyerri Anrinin yeni iş yeri müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, fransalı məşqçi MLS-də çıxış edən "Monreal İmpekt"ın baş məşqçisi təyin olunub.  Kanada klubunun rəsmi saytı Anri ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü məşqçi karyerasına Belçika millisində başlayıb. O, ötən ilin oktyabrında "Monako"nun baş məşqçisi olub, ancaq uğursuz nəticələrə görə üç aydan sonra istefaya göndərilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR