Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI - FOTO

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI - FOTO
18:17 15 Noyabr 2019
307 Şou
Ölkə mətbuatı
A- A+

Şou-biznes nümayəndələrinin sənəti qədər şəxsi həyatları da tamaşaçılar üçün hər zaman maraqlı olub. Sənət aləmində bir-birinə qohum olan sənətçilərimiz də çoxdur. Onların bəziləri müəyyən səbəblər üzündən illərlə qohum həmkarlarından küsülü qalıb, hətta qohumluq əlaqələrini gizlədib. Lakin sonda əksəriyyət sənətçilər aralarında barışıq elan ediblər.

Milli.Az Big.az-a istinadən azərbaycanlı sənətçilərdən öz qohumları ilə küsülü olanları araşdırıb. Sözügedən siyahını təqdim edirik:

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Xalq artisti Flora Kərimova qohum həmkarı, Cavanşir Məmmədovla uzun illər küsülü olub. Lakin, 2016-cı il 29 sentyabr tarixində Ələkbər Tağıyevə həsr olunan konsertdə nəhayət ki, eyni səhnəni paylaşıblar və barışıblar. Xatırladaq ki, uzun illər hər iki tərəf qohum olduqlarını gizlədib. Sonradan məlum olub ki, sən demə xalq artisti müğənninin doğma bibisi qızıdır. Flora Kərimovanın mətbuata verdiyi açıqlamasına görə Cavanşir Məmmədovun ali məktəbə qəbul olmağına və sənət aləminə gəlməyinə çox köməklər edib. Hətta gənclik illərində onların birgə duetləri də var. Yayılan məlumatlara görə sonradan müğənni Cavanşir Məmmədov həmin lent yazılarını Qızıl Fonddan sildirib. Xalq artistinin açıqlamalarından belə aydın olur ki, tərəflər arasındakı narazılıq Cavanşir Məmmədovun bibisinin yasına 40-ı qurtaran ərəfədə gəlməsi olub.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Nəğməkar şair Vüqar Əhmədin İzzət Bağırovla qohum olması isə çoxlarına məlumdur. Belə ki, şair Vüqar Əhməd müğənninin bacısı ilə ailə həyatı qurub. Bəzi iddialara görə müğənni ilə şairin ailə münasibətlərində bir qədər soyuqluq var.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Daha bir küsülü qohum sənətçilər bəstəkar-müğənni Cabbar və Musa Musayev qardaşlarıdır. Qardaşlar arasında dəfələrlə görünməmiş ailə qalmaqalı yaşanıb. Belə ki, Musa Musayevin müğənni Təranə Qumralla ailə həyatı qurması qohumlarının böyük narazılığına səbəb olub. Cabbar Musayev müsahibələrinin birində nəsillikcə Musa Musayevi qohumluqdan çıxarıldığını bildirib.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Musa Musayevin küsülü olduğu növbəti məhşur qohumu xalq artisti Niyaməddin Musayevdir. Yuxarıda qeyd etdiyimiz səbəbə görə uzun illərdir danışmırlar.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Küsüb-barışan qohum sənətçilər sırasında xalq artisti Nazpəri Dostəliyevanın da adı var. Hər kəsə məlumdur ki, xalq artistinin böyük bacısı Zeynəb Dostəliyeva vaxtilə dövrünün populyar sənətçilərindən biri olub. Sonralar kiçik bacı Nazpəri Dostəliyeva "Nə olar Allahım" və digər mahnıları ilə bacısından önə çıxmağı bacarıb. İllər əvvəl bacılar arasında ciddi qalmaqal yaşanıb. Lakin xalq artisti artıq bacısı ilə barışdığını, bir-birilərinin evlərinə gediş-gəlişləri olduğunu açıqlayıb.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova ilə küsülüdür.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Müğənni Mina Hüseyn həmkarı, eyni zamanda xalası qızı olan Elnarə Xəlilova ilə aralarında inciklik yaşanıb. Bir müddət küsülü olan məşhurların soyuq münasibətinə səbəb Mina Hüseynin "O səs Türkiyə" proqramındakı çıxışını Elnarənin öz instaqram səhifəsində paylaşmaması olub. Lakin daha sonra barışıblar.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Bir vaxtlar evli olan reper Elşad Xose və rəqqasə Oksananın da arasında soyuq yellər əsir. 9 ay evli olan cütlüyün bu günə qədər hansı səbəbdən ayrıldıqları naməlumdur. Müxtəlif tədbir və mərasimlərdə eyni məkanlarda görünsələr də küsülüdürlər.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Uzun illərdir qohumu ilə münasibəti olmayan və küsülülük səbəbləri bəlli olmayan məhşurlardan biri də xalq artisti Valeh Kərimovdur. Belə ki, sənətçi qardaşı rejisor Loğman Kərimov ilə küsülüdür. Lakin aktyor müsahibələrindən birində qardaşı ilə olan küsülülüyünü inkar edib. Qardaşının ondan 15 yaş kiçik olduğu səbəbinə görə nə söhbətinin, nə də dotluğunun tutmadığını bildirib.

Məşhur qohumları ilə küsülü olan tanınmışlar-SİYAHI

Xalq artisti Mələkxanım Əyyubova da qohumundan küsən məşhurlar sırasındadır. Sənətçi uzun müddət öz qardaşı oğulları müğənni Ramal İsrafilov və qardaşı Valeh İsrafilovla küsülü olub. Qeyd edək ki, onların küsülü olma səbəbi sosial şəbəkələrdə böyük səs-küyə, eyni zamanda qınaq obyektinə çevrilən 3 çılpaq qızın videosu olub. Belə ki, həmin videonun çəkilməsində xalq artistinin qardaşı oğlu Valeh İsrafilovun adı çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/802605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR