Bakıda Hollivud ulduzları ilə tarixi yarış - VİDEO- FOTO

Bakıda Hollivud ulduzları ilə tarixi yarış - VİDEO- FOTO
21:22 15 Noyabr 2019
131 Ölkə
Ölkə mətbuatı
A- A+

"28 Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" Premium-klass kinoteatrında real hadisələrə əsaslanan "Ford Ferrariyə qarşı" filminin premyerada öncə nümayişi baş tutub.

Dadlı furşet içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu "Harmony Music Band"in şousu olub.

Filmin rejissoru Ceyms Manqolddur. Baş rollarda Mett Deymon, Kristian Beyl, Katrina Balf çəkilib.

Filmdə 1960-cı illərdə fəaliyyət göstərən bir qrup amerikalı mühəndis və dizaynerdən bəhs edilir. Konstruktor Kerrolla Şelbinin rəhbərliyi və britaniyalı yarışçı Ken Maylsın dəstəyilə yeni idman avtomobili yaradılmalıdır. O, "Ferrari"yə qalib gəlməli, 24 saat davam edəcək yarışa dözümlü olmalıdır.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/802660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR