"Report" xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycan Atıcılıq Federasiyası və "Qəbələ" İdman Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Mayın 24-ə qədər davam edəcək yarışlarda İngiltərə, İtaliya, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Rusiya, Gürcüstan, Finlandiya, Türkiyə, Kipr, ABŞ, Macarıstan, Ukrayna, Böyük Britaniya, Belarus, Avstraliya yığma komandalarının nümayəndələri iştirak edirlər.
Olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının İcrayyə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev , Alina Rafiqxanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev, Əli Hüseynli kimi atıcılıq idmanının tanınmış simaları bu yarışda ölkəmizi təmsil edəcəklər .
Yarışın ümumi mükafat fondu 96 500 ABŞ dollarıdır.



