Azərbaycanda iki tanınmış məmur quda oldu -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub.

Metbuat.az-ın məlumata görə, toy məclisi dünən "Böyük Saray” şadlıq evində baş tutub.

Saleh Məmmədovun oğlu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.

Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR