ABŞ-da baş verən atışmada üçü uşaq olmaqla beş nəfər ölüb

ABŞ-da baş verən atışmada üçü uşaq olmaqla beş nəfər ölüb
01:37 17 Noyabr 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın San Dieqo şəhərində baş verən atışmada üçü uşaq olmaqla beş nəfər ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Polisin verdiyi məlumata görə, səhər saatlarında “911” xidmətinə mübahisə səslərinin eşidildiyi zəng daxil olub. Daha sonra hadisənin baş verdiyi evin qonşuları polisə zəng edərək həmin ünvandan silah səslərinin gəldiyini bildiriblər.
Evə gələn polis qadın və kişi meyiti ilə yanaşı üç yaşlı uşağın cansız bədənini də aşkar ediblər. Silahlı insident nəticəsində yaralanan beş və doqquz yaşlı uşaqlar xəstəxanada keçinib.
Evdə aşkar edilən digər yaralı, 11 yaşlı yeniyetmə isə əməliyyat olunub. Onun vəziyyəti barədə məlumat verilməyib.
Kanalın məlumatına görə, evdə dörd uşağı olan qadın yaşayırmış. Meyiti tapılan kişinin ailə ilə hansı əlaqəsi olması hələ müəyyənləşdirilməyib. Polis şübhəlinin ölənlər arasında olduğunu ehtimal edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-bas-veren-atismada-ucu-usaq-olmaqla-bes-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR