AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb

AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb
17:27 19 Noyabr 2019
59 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, milli assosiasiyanın hər iki əməkdaşı Rusiyada "Krasnodar" və İsveçrə "Bazel"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçında iş başında olacaq. Mehtiyeva UEFA nümayəndəsi, Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, görüş noyabrın 28-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR