"Qalatasaray"da növbəti şok - O da zədələndi

"Qalatasaray"da növbəti şok - O da zədələndi
20:27 19 Noyabr 2019
116 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Qalatasaray" klubu daha bir ciddi itki ilə üzləşib. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi konqolu futbolçusu Kristian Luyindamanın xidmətindən məhrum olub.
O, ölkəsinin milli komandasının heyətində Qambiyaya qarşı keçirdikləri oyunda zədələnib. 25 yaşlı müdafiəçi zədə səbəbindən bu matçın 65-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Xatırladaq ki, "Qalatasaray"da Radamel Falkao və Florin Andone xeyli müddətdi zədə səbəbindən komandaya kömək edə bilmir. Bu azmış kimi Rayan Babel və Fernando Muslera da müvafiq olaraq Hollandiya və Uruqvay millilərinin düşərgəsindən zədəli dönüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR