Bu yağlar qaraciyər yağlanması

Mətbəximizdə ən çox istifadə etdiyimiz yağlardan biri də günəbaxan yağıdır.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, yeni aparılan araşdırma da günəbaxan yağı və balıq yağları ilə bağlı qorxunc təhlükə ortaya çıxarıb.

İspan elm adamlarının apardığı araşdırmada bu yağların qaraciyər iltihabına səbəb olduğu ortaya çıxıb. Araşdırmaçılar bu yağların hər gün istifadə edilməsinin qaraciyərə böyük zərər verdiyini və qaraciyər yağlanmasına təkan verdiyini bildiriblər.

Günəbaxan yağı istifadəsi qaraciyər toxumasında qalınlaşma və yaraya səbəb olaraq serroza təkan verir. Serroz isə xərçənglə nəticələnir. Balıq yağı isə qaraciyərin telomer uzunluğunu dəyişdirir.

Spirtli içki xaricində qaraciyər yağlanmasının ən birinci əlamətləri arasında çəki itkisi, yüngül qarın ağrısı, halsızlıq və zehin bulanıqlığı yer alır.

Bu araşdırma nəticəsində zeytun yağının qaraciyəri qoruduğu ortaya çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR