Kəndirin bir ucunu baryerə, bir ucunu boğazına bağladı və... -

Türkiyədə dəhşətli intihar hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında Silivri bölgəsində bir sürücü avtomobilində ölü halda tapılıb. Onun boğazında kəndir olub, kəndirin digər ucu isə yoldakı baryerə bağlı olub. Polisin araşdırmasından sonra onun intihar etdiyi məlum olub. hesab edilir ki, o kəndiri baryerə bağlayaraq bir ucunu boğazına keçirib və avtomobili yüksək sürətlə hərəkət etdirərək həyatına son verib.

İntihar edən sürücünün 28 yaşlı Hakan Doğan adlı şəxs olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR