Fələstinli uşaqlar İsrailə qarşı aksiya keçirtdilər -

Fələstindəki uşaqlar "Bizim də dünyadakı uşaqlar kimi yaşamaq haqqımız var" sloqanı ilə İsrailə qarşı aksiya həyata keçiriblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, uşaqlar aksiyada İsrailin hücumları nəticəsində ölən uşaqların fotolarını nümayiş etdiriblər. Onlar İsrailin uşaqlara qarşı insanlığa zidd davrandığını vurğulayaraq Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər.

Onlar uşaqların təhsil, sağlamlıq, yetərli yaşam standartlarının İsrail tərəfindən pozulduğunu bildiriblər. Aksiyada təkcə 2019-cu ildə 27 uşağın həyatını itirdiyi qeyd edilib. Digər tərəfdən bildirilib ki, İsrail tərəfindən həbs edilən fələstinlilər arasında 220 azyaşlı mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR