Mehriban Əliyeva Putinlə

Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş noyabrın 22-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-dən Rusiyada rəsmi səfərdədir. Bu gün Mehriban Əliyeva Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR