Kolumbiyada iğtişaşlar zamanı 115 nəfər saxlanılıb

Kolumbiyada iğtişaşlar zamanı 115 nəfər saxlanılıb
15:27 22 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın qərbindəki Kali şəhərində ötən gün başlayan iğtişaşlar zamanı 115 nəfər saxlanılıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin sözçüsü Uilyam Ruis məlumat verib.
O, hadisələr zamanı aralarında 46 nəfər təhlükəsizlik əməkdaşının da olduğu 97 nəfərin xəsarət aldığını qeyd edib.
Şəhərdə həmçinin 56 talan faktının qeydə alındığı, 19 avtobusun və 5 avtobus dayanacağının dağıdıldığı da diqqətə çatdırılıb: “Şəhərdəki vəziyyət nəzarətdədir. Şəhər boyu keşik fəaliyyətləri göstərilir”.
CNN xəbər verir ki, paytaxt Boqotada isə Milli Polisin direktoru Oscar Attehortua və daxili işlər naziri Nansi Patrisia Qutiyerresin bildirdiyinə görə 13 yürüş və 27 toplanma qeydə alınsa da, ictimai nəqliyyat normal fəaliyyət göstərir.
Prezident İvan Duke “Twitter”də paylaşdığı videolar vasitəsilə dinc etirazları demokratiyanın ifadəsi olaraq qəbul etdiyini, lakin ölkənin bir çox ziddiyyətlərlə üzləşdiyini diqqətə çatdıraraq etirazçıları dinc aksiyalar keçirməyə çağırıb: “Biz ictimai asayişə zəmanətçiyik və kolumbiyalıların əmin-amanlıqda yaşamaq hüququnu Konstitusiyada təsbit olunan bütün vasitələrlə müdafiə edəcəyik”.
Qeyd edək ki, Kolumbiyanın müxtəlif şəhərlərində 207 minədək sakinin iştirakı ilə etiraz aksiyaları və bəzi yerlərdə iğtişaşlar baş verir. İlkin olaraq tələbə və müəllimlərin dinc yürüşləri kimi nəzərdə tutulan aksiyalar ümumi tətil çağırışı irəli sürən müxalifətin səylərilə daha radikal şəkil alıb. Etirazlar ötən il seçkilərdən sonra hakimiyyətə gələn sosial mühafizakar prezident İvan Duk hökumətinin apardığı iqtisadi islahatlara, işsizliyə, təhlükəsizliyin zəifləməsinə qarşıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kolumbiyada-igtisaslar-zamani-115-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR