Braziliya klubu “Libertadores” kubokunun qalibi olub

Braziliya klubu “Libertadores” kubokunun qalibi olub
09:23 24 Noyabr 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 24-də futbol üzrə “Libertadores” kubokunun 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

Publika.az xəbər verir ki, Perunun paytaxtı Limadakı “Monumental” stadionunda baş tutan qarşılaşmada sonuncu çempion - Argentinanın “River Pleyt” klubu ilə Braziliyanın “Flamenqo” komandası qarşılaşıb. Braziliya təmsilçisi matçın 14-cü dəqiqəsində Santos Borrenin qolu ilə hesabda geri düşsə də, 89-cu və 90+2-ci dəqiqələrdə Qabiqolun dublu sayəsində oyunda geri dönüş edərək kuboka sahib olub.

Bununla da “Flamenqo” tarixində ikinci dəfə “Libertadores” kubokunun qalibi adını qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/297061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR