Mercedes-Benz G 500 4×4² pikapını zirehli pikapa çeviriblər - FOTO

Mercedes-Benz G 500 4×4² pikapını zirehli pikapa çeviriblər - FOTO
19:32 24 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Gruma Automobile GmbH və Armored Car Systems firmaları Mercedes-Benz G 500 4×4² ofrouderini zirehli avtomobilə çeviriblər. Zirehli avtomobil sərnişinlərini avtomatik silahdan və partlayıcı qurğulardan xilas etmək imkanına malikdir. Ofrouderi pikapa çevirərkən, onu damda quraşdırılmış qəza lyuku ilə təchiz ediblər.

İxtisaslaşdırılmış atelyelər unikal ofrouderin yaradılmasında Almaniya ordusu və xüsusi polis bölmələri üçün hazırlanmış G-Class modellərinin inşası zamanı əldə etdikləri təcrübədən istifadə ediblər. Avtomobilin zirehlənmə səviyyəsi barədə məlumat verilməsə də, onun yaradıcıları ofrouderin müdafiə səviyyəsinin xüsusi xidmətlərin patrul avtomobillərindən geridə qalmadığını və hətta keçiş qabiliyyətinə görə onlardan üstün olduğunu bildiriblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, zirehli "Gelandevagenin" kapotunun altında 421 at qüvvəsinə malik olan standart 4,0-litrlik V8 biturbo mühərriki yerləşir. Yeni kuzov, polad panellər və 37-düymlük zirehli ağır Beadlock şinləri sayəsində ofrouder dinamikada da itirsə də, konkret rəqəmlər səsləndirilməyib. Bununla belə, avtomobilin interyeri öz dəbdəbə səviyyəsini saxlayıb: dəri, alkantara, karbon dekor və bu avtomobilə xas olan oturacaqlar öz yerlərini qoruyublar.

Gruma ENOK P1 adlandırılmış zirehli ofrouderin qiyməti sirr olaraq saxlanılır. Əlbəttə ki, yeganə nüsxədə hazırlanmış ofrouder müvafiq qiymətə malik olacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR