2 ton kokainin olduğu sualtı qayıq saxlanıldı

2 ton kokainin olduğu sualtı qayıq saxlanıldı
23:38 24 Noyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

24 Noyabr, 2019 22:38

İspaniyanın hüquq-mühafizə orqanları 2 ton kokainin olduğu sualtı qayığı saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "El Pais" qəzeti bildirib.

Məlumata görə, sualtı qayıq Qalisiya muxtar vilayətinin sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi güman edilir.

Polis faktla bağlı azı iki nəfəri saxlayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Yerli "La Voz de Galicia" qəzeti isə bildirib ki, sualtı qayıqdakı kokain 3 tondan çox olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/297110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR