Daha bir zəhərlənmə faktı: 10 voleybolçu xəstəxanaya aparıldı -

Türkiyənin qadın voleybolçulardan ibarət I dəstə klubu “Kuzeyboru” klubuna bədbəxt hadisə üz verib.

Metbuat.az xəbər verir ki, komandanın 10 oyunçusu eyni gündə zəhərlənib.

Oyunçular hoteldə olarkən gecə saatlarında ürəkbulanma və qusmadan şikayət edib. Ona görə də voleybolçular xəstəxanaya aparılıb. Bu səbəbdən VII turda “Mardin Böyükşəhər Bələdiyyəsi Başakspor”la keçirilməli olan qarşılaşma təxirə salınıb.

“Kuzeyboru” klubundan verilən açıqlamada bildirilir ki, noyabrın 22-də oyun üçün Mardinə gəliblər və hoteldə gecələyiblər. Ertəsi gün voleybolçular ürəkbulanma və zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb:

“Komanda üzvləri səhər saatlarında xəstəxanadan buraxılıblar. Lakin hoteldə həkim nəzarəti altındadırlar”.

Qeyd edək ki, zəhərlənmənin səbəbi açıqlanmayıb. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR