Cem Yılmazın fanatına reaksiyası müzakirə obyekti oldu

Cem Yılmazın fanatının sualına verdiyi reaksiya müzakirələrə səbəb olub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, həmişə insanlarla mülayim davranışı ilə yadda qalan Cem bu dəfə fanatına sərt reaksiya verib. Fanatın "Bir zarafat et, gülək" sözünə aktyor cavab vermədən uzaqlaşıb.

İl yarımdır münasibətdə olduğu Dəfnə Samyelidən ayrılan Cemin bu aralar sıxıntılı müddət keçirdiyi deyilir. Belə ki, aktyorun son filmi "Karakomik filmlər" də uğursuzluğa düçar olub. İlk 3 gündə sadəcə 276 min nəfərin izlədiyi film ən pis çıxış edən film olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR