Dövlət başçısı orduya ATIŞ ƏMRİ VERDİ - Səbrsizləndiyini belə göstərdi

Dövlət başçısı orduya ATIŞ ƏMRİ VERDİ - Səbrsizləndiyini belə göstərdi
13:23 25 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Son 2 ildir ki, rəsmi Vaşinqtonla müzakirə masasında razılıq əldə etməyə çalışan Şimali Koreya lideri Kim Çen In bu razılaşma üçün səbrsizləndiyini yenə öz tərzində göstərib.

Publika.az-ın məlumatına görə, Kim Çen Cənubi Koreya ilə mübahisəli dəniz sərhədinə yaxın bölgədə topçu batareyalarına atış təlimi əmri verib.

Ölkə mediasında yer alan xəbərlərdə Kimin Çanqrin adasına səfəri zamanı əsgərlərin top atışı ilə bağlı “hünərlərini" sərgiləməyə fürsət tapdıqları, dövlət başçısının da gördüklərindən məmnun olduğu bildirilib.

Cənubi Koreya Kimin ABŞ-ı beynəlxalq embarqoların aradan qaldırılması və rəsmi Pxençana qarşı hücumçu mövqeyindən vaz keçmələrini sürətləndirmək üçün bu tip addımlar atmağa davam edəcəyini bildirir.

Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti Şimali Koreyanı hərbi gərginliyi artıracaq hərəkətlərdən imtina etməyə çağırıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/297149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR