DİN Kürdəmirdə 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

DİN Kürdəmirdə 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
16:38 25 Noyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, noyabrın 23-də saat 23 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini Mehman Əhmədov idarə etdiyi “QAZ-2410” markalı avtomobili qarşıda gedən Şəmkir rayon sakini F.Mahmudovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə M.Əhmədov və sərnişini Vüqar İbadov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR