Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı

Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı
13:08 26 Noyabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan "Volkswagen Golf" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Mazımçay" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı it avtomobilin sürücüsünə reaksiya verib. Şəxsi yoxlamadan əvvəl şifahi sorğu-sual olunan vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində kağıza bükülü, ümumi çəkisi 1 qram olan marixuana bitkisi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3154220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR