Albaniyada zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb

Albaniyada zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb
01:12 28 Noyabr 2019
169 Digər
Ölkə mətbuatı
A- A+

Albaniyada zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin məlumatlarına istinadən "Albanian Daily News" qəzeti bildirib.
Nəşrin məlumatına görə, indiyədək uçqunlar altından təxminən 45 nəfər xilas edilib. Fövqəladə xidmətlərin işçiləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Albaniyada 6,4 maqnitudalı zəlzələ noyabrın 26-da, yerli vaxtla saat 04:00-da baş verib. ABŞ-ın Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin episentri paytaxt Tirana yaxınlığındakı Şiyak şəhərindən 10 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Daha əvvəl 23 nəfərin həlak olduğu, 650-dən çox insanın xəsarət aldığı bildirilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/albaniyada-zelzele-qurbanlarinin-sayi-35-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR