Gəncədə zəncirvari yol qəzası - FOTO

Gəncədə zəncirvari yol qəzası - FOTO
11:52 29 Noyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Hadisədə iki "Mercedes" markalı minik maşını, "VAZ 2114", "VAZ 2107" və "Ford" markalı yük maşını toqquşub. Avtoqəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Yüngül xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR