"Mançester Siti"nin rəhbərliyi 8-ci futbol klubunu alıb

"Mançester Siti"nin rəhbərliyi 8-ci futbol klubunu alıb
12:17 29 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə təmsilçisi "Mançester Siti"nin rəhbərliyi Hindistanın "Mumbai Siti" klubunun 65 faizini alıb.
"Report"un məlumatına görə, Hindistanın əsas çempionatında çıxış edən komanda "City Football Group" korporasiyasına daxil edilən 8-ci klub olub.
Şirkət "Mançester Siti" ilə yanaşı, "Nyu-York Siti" (ABŞ), "Melburn" (Avstraliya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Yokohama Marinos" (Yaponiya), "Siçuan" (Çin) klublarına da sahibdir.
Qeyd edək ki, "Mançester Siti"nin sahibi Şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahyandır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-nin-rehberliyi-8-ci-futbol-klubunu-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR