Baş məşqçidən "Beşiktaş" azarkeşlərinə ədəbsiz jest

Baş məşqçidən "Beşiktaş" azarkeşlərinə ədəbsiz jest
13:42 29 Noyabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının İstanbulda keçirilən "Beşiktaş"-"Slovan" (Brastislava) matçından sonra xoşagəlməz anlar yaşanıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, 90+2-ci dəqiqədə Lyayiçin dəqiq penalti zərbəsi ilə 2:1 hesablı qələbə qazanan "Beşiktaş" bununla həm qrupda ilk xallarını qazanıb, həm də Sovakiya təmsilçisinin pley-offa çıxmaq şansının üstündən xətt çəkib.

Növbətə mərhələ ümidlərini itirən "Slovan"ın baş məşqçisi Yan Kozak isə məğlubiyyəti həzm edə bilməyib. Hakimin final fiti səslənincə slovakların baş məşqçisi "Beşiktaş" fanatlaırna tərəf əllə qeyri-etik jest edib, azarkeşlərə söyüş yağdırıb.

Bunu görən "Beşiktaş"ın ehtiyat oyunçular skamyasında oturanlar Yan Kozaka hücum çəkib. Polis dərhal müdaxilə edərək tərəfləri aralayıb. Kozak meydandan polisin müşaiyəti altında çıxarılıb. Hadisəni işıqlandıran əksər Türkiyə qəzet və saytları isə yazını "Tərbiyəsiz Kozak" başlığı altında dərc edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR