Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının iclasında iştirak edib

Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının iclasında iştirak edib
17:22 29 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında iştirak edib. Görüş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiyanın Federal məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun sədrliyi ilə Moskvada keçirilən 10-cu Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində baş tutub.

İclas Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə həyata keçirilib. İqtisadiyyatın qida, kənd təsərrüfatı, sənaye, turizm və maliyyə kimi sahələrini təmsil edən iki ölkənin sahibkarları işgüzar əlaqələrin inkişaf imkanlarını müzakirə edib. İclas çərçivəsində Yevgeni Kirin biznes nümayəndələri ilə bir sıra görüşlər keçirib.

VTB (Azərbaycan) iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəal iş görür. Bu məqsədlə sahibkarlara sərfəli şərtlərlə məhsul və xidmətlər təklif edir, bununla da onlara öz bizneslərini inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

Arayış üçün:

Azərbaycan-Rusiya İşgüzar Şurası aktiv şəkildə ikitərəfli xarici iqtisadi layihələri reallaşdıran iş adamlarını birləşdirir və iki tərəfin biznes nümayəndələrinin yaranan problemlərini operativ şəkildə həll edir. Şuranın əsas fəaliyyət istiqamətləri Rusiya işgüzar icmasının  Azərbaycan tərəfdaşları ilə qarşılıqlı əməkdaşlıq üzrə mövqeyi və Azərbaycan bazarında işinin müəyyən edilməsi, Rusiya -Azərbaycan qarşılıqlı əməkdaşlığının genişləndirilməsi və diversifikasiyası üçün konkret imkanların üzə çıxarılması, görüş, konfrans, işçi qrupları və digər işgüzar tədbirlər vasitəsilə əməkdaşlıq üçün əlavə imkanların yaradılması, əlaqələrin qurulması və ölkələrin ictimai birlikləri ilə birgə işin aparılmasıdır.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/806447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR