Avropa Liqasında həftənin ən yaxşısı seçildi

Avropa Liqasında həftənin ən yaxşısı seçildi
18:17 30 Noyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermədə azarkeşlər 4 futbolçu arasında seçim edib.

Nəticədə Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Bruno Fernandes turun ən yaxşısı seçilib. 25 yaşlı futbolçu Hollandiya nəhəngi PSV ilə ev oyununda (4:0) 2 qol, 2 məhsuldar ötürmə sayəsində buna nail olub.

Bruno Fernandes digər iddiaçılar Vensan Abubakar ("Portu"), Raul Ximenes ("Vulverhempton") və Daiti Kamadanı ("Ayntraxt") qabaqlamağı bacarıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR