"Bu qədər bərbad oynayacağımızı gözləmirdim"

"Bu qədər bərbad oynayacağımızı gözləmirdim"
19:27 30 Noyabr 2019
134 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə" Premyer Liqanın 13-cü turunun açılış görüşü çərçivəsində səfərdə "Qəbələ"yə böyük hesabla məğlub oldu.

Qonaq komandanın baş məşqçisi Zaur Həşimov 0:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deməyə sözünün olmadığını bildirib.

- Konkret deyiləsi nəsə sözüm yoxdur. Kimin sualı varsa, buyura bilər.

- Komanda sanki "Keşlə" üzərindəki qələbənin eyforiyasından özünə gəlməmişdi.

- Sözün düzü, gözləyirdim ki, nəticəmiz yaxşı olmaya bilər. Eyforiya məsələsi ilə hardasa razıyam. Ancaq bu qədər bərbad oynayacağımızı gözləmirdim. Uşaqların "Keşlə" üzərindəki qələbəni unuda bilmədiklərini həftə içərisində də görürdüm. Kiçik bir uğurun ab-havasından çıxa bilməməyin nəticəsində bu gün böyük hesabla məğlub olduq.

- Əvvəllər, xüsusən birinci dövrədə "Qəbələ"də işlədiyinizi nəzərə alsaq, bu komandaya qarşı daha yaxşı hazırlaşacağınızı gözləmək olardı. Lakin görünən bu oldu ki, həmkarınız Elmar Baxşıyev sizi daha yaxşı analiz edib.

- Mən bu komandanı yaxşı tanıyıram. Müsahibəmdə də demişdim ki, bizi Qəbələdə çətin oyun gözləyir. Niassenin də transferi "Qəbələ"nin müdafiənin mərkəzindəki gücünü artırıb. Rəqibimiz bu gün qalib gəlməyə layiq idi. hesab daha böyük ola bilərdi. Onları təbrik edirəm

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR