FHN üçün “Bakcell” şirkətində «SMS xəbərdarlıq sistemi» istifadəyə verilib

20:17 16 Yanvar 2015
118 Sosial
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 20:16 ]

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycaen Fövqəladə Hallar Nazirliyi üçün «Bakcell» şirkəti tərəfindən "SMS xəbərdarlıq xidməti" yaradılması işləri tamamlanıb.

Bu barədə APA FHN-in «Fövqəladə Hallar» qəzetinə istinadən məlumat verib.

 

Hazırlanmış proqram təminatı növbətçi heyətin istifadəsinə verilib. Hazırda digər mobil rabitə operatorları ilə bu sistemin genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

 

Sistem vasitəsi ilə respublika ərazisində baş vermiş və baş verə biləcək təbii və texnogen hadisələr barədə həmin ərazidə yaşayan əhalinin operativ olaraq xəbərdar edilməsi həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR