Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?

Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?
19:27 1 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət, idarə və ictimai fondlarından mənzil ala bilərlər. Amma əcnəbi vətəndaşlara torpaq sahəsi almaq hüququ verilmir.

Əcnəbilərin rahat şəkildə ölkəmizdə mənzil, fərdi yaşayış evi alması yerli əhalidə narahatlıq yaradır. İnsanlar düşünür ki, turizmin də inkişafı nəticəsində ölkəmizdə mənzil sahibi olan əcnəbilər artır. Nəticədə, Azərbaycanın əmlak bazarında qıtlıq yaranır, tələbatın çox olması qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Milli.Az Modern.az-a istinadən bildirir ki, bu fikirlər haqqında danışan ekspert isə narahatlığa əsas olmadığını düşünür.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov qeyd edib ki, 2018-ci ildə xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb:

"Bu, öncəki illərlə müqayisədə çoxdur. Məlumata görə, mənzillərə maraq göstərən xaricilər daha çox Şərq ölkələrinin vətəndaşlarıdır.

Azərbaycanın əmlak bazarında isə təklif kifayət qədərdir. Sadəcə mənzilə ehtiyacı olan vətəndaşların alıcılıq qabiliyyəti ilə bağlı problem ola bilər. Mənzil almaq, onu kirayə vermək əcnəbilərin hüququdur. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Onların bu hüququnu məhdudlaşdırmaq qətiyyən olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/806367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR