"Joker" filminin davamı çəkiləcək:

"Joker" filminin növbəti seriyası üçün daha bir iddia yayılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, X. Foneksin baş rolda oynadığı, 1 milyard dollarlıq gəlir əldə edən ilk 18+ film olaraq kino tarixinə keçən "Joker" filminin növbəti seriyası üçün rejissor Tod Filipsin danışıqları davam etdirdiyi bildirilir.

İddialara görə, filmin növbəti seriyasında "Batman" xarakteri də yer alacaq və bu obrazı Bredli Kuper canlandıracaq. Bununla da "Batman" ilk dəfə baş rolda yox, ikinci rolda olacaq. 44 yaşlı Bredli Kuperin bu rola müsbət yanaşdığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR