Helikopteri raketlə vurdular: 2 pilot öldü - VİDEO

Helikopteri raketlə vurdular: 2 pilot öldü - VİDEO
12:58 2 Dekabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Yəməndə fəaliyyət göstərən Husi üsyançıları Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə aid “AH-64D Apaçi” tipli hücum helikopterini 29 noyabrda vurub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində iki pilot ölüb.

Üsyançılar hadisənin görüntülərini bir neçə gün sonra yayımlayıb.

Qeyd edək ki, Husilər İranın dəstəyi ilə SSRİ dövründən qalma qısa mənzilli havadan havaya raketlərini müasirləşdirərək yerdən göndəriləcək formaya salıb. Bu raketlər uzun mənzili ilə yerdən 3 min 300 metr yuxarıda uçan hədəfləri vurur. Pilotsuz Uçuş Aparatlarını isə xüsusi olaraq yaxşı hədəf ala bilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/297865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR